PRESS NEWS AZERBAIJAN

Separatçılar geri oturduldu (VİDEO, FOTO)

06.02.2015

 

Ukraynanın Donetsk vilayətinin Debaltsevo şəhəri istiqamətində gedən döyüşlərdə separatçı qüvvələrin yüzlərlə döyüşçüsü məhv edilib. ANS PRESS-in məlumatına görə, internetdə ağır döyüşlərin getdiyi yerindən video və şəkillər yayılıb. Ukrayna ordusu ekipajla birlikdə düşmən bir çox texnikasını məhv edib. Debaltsevo şəhəri Donetsk şəhərindən 74 km aralıda yerləşən strateji əhəmiyyətli dəmir yolu qovşağıdır.

Videoya əsasən, döyüşdən sonrakı anları Ukrayna döyüşçülərindən biri çəkib. O, separatçıların onlara atəş açdığı silahları göstərir.

Həmçinin videoda məhv edilmiş düşmən texnikasın görünür. Bunların arasında "T-72" və "T-64" tankları və bir çox döyüş texnikaları var.
Hərbi maşınlar arasında rusiya meyilli döyüşçülərin cəsədləri görünür.