top of page

Azərbaycanda müğənni barəsində cinayət işinin materialları məhkəməyə göndərilib


Müğənni Maral Tahirqızı barəsində başlanan cinayət işinin istintaqı sona çatdırılıb. Bu barədə PressNews.Az-a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Cinayət işinin materialları Xətai rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai RPİ-nin istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

bottom of page