top of page

Bir qutu prezervativ 755 dollara çatdı


venezuela.jpg

Bu ölkədə abortlar qanunvericilik səviyyəsində qadağan edilib.

Venesuelada dünya neft qiymətlərinin ucuzlaşması ilə bərabər milli valyutanın kursu sürətlə düşür.

Bununla əlaqədar olaraq içində 36 ədəd prezervativdən ibarət bağlama 4760 bolivradır, rəsmi kurs ilə amerikan dollarına çevirdikdə 755 dollar edir.

Eləcə də qeyd edilib ki, “qara qızıl”ın qiymətinin enməsi son yeddi ayda Venesuela büdcəsinə daxil olan gəlir 60% azalıb.

Kontraseptlərə gəldikdə isə onları əvvəllər tapmaq çox çətin idisə, indi onları almaq mümkün deyil. Venesuela Cənubi Amerikada yeniyetmə yaşında hamiləlik halları və QİÇS infeksiyasının yayılması üzrə ən yüksək göstəriciyə malikdir.

Əlavə etmək lazımdır ki, Venesuelanın qara bazarında bir prezervativin qiyməti 25 dollaradır, abortlar isə bu ölkədə qanunvericilik səviyyəsində qadağan edilib.

bottom of page