top of page

Müəllimlərə maaş müjdəsi


manat.jpg

Müəllimlərin maaşları arıtırılsa da, 2015-ci ildə alınan ilk maaşlarda bu artım verilməyib. PressNews.Az ANS PRESS-ə isitnadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bununla bağlı açıqlamasında bildirib ki, sərəncam veriləndən sonra Nazirlər Kabineti sərəncamla bağlı müvafiq qərar qəbul etməlidir. "İndiyədək çox az vaxt keçib. Nazirlər Kabineti qərarı qəbul edəndən sonra artım hesablanacaq. Yanvar ayının maaş artımı da növbəti ayda alınan maaşa əlavə edilərək veriləcək", - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri qeyd edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

bottom of page