PRESS NEWS AZERBAIJAN

Evlər bu il ucuzlaşacaq

2015-ci ildə Bakının mənzil sektorunda daşınmaz əmlakın qiymətləri 10 faiz azala bilər.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarında son 3-4 ayda aktivliyin azalması müşahidə olunur, aktivliyin azalması qiymətin aşağı düşməsini qaçılmaz edir: "2015-ci ilin I yarısında aktivlik əvvəlki səviyyədə qalacaq, ikinci yarısında isə müəyyən canlanma ola bilər. Lakin güman edirəm ki, daşınmaz əmlak üzrə qiymətlər il ərzində 8-10 faiz düşəcək". Ekspertin fikrincə, kommersiya daşınmaz əmlak bazarında da eyni vəziyyət müşahidə edilir: "Kommersiya daşınmaz əmlak sektorunu mənzil sektoru ilə müqayisə etsək, 2014-cü ildə mənzil sektorunda qiymət artımı il ərzində 16 faizdən bir az çox təşkil edib, halbuki kommersiya obyektləri təqribən 10 faiz bahalaşıb. 2015-ci ilin yanvarında mənzil sektorunda qiymətlər 0,3 faiz azalıb, bununla belə, kommersiya obyektlərinin qiyməti sabit səviyyədə qalıb". N.İbrahimovun qənaətinə görə, 2015-ci ildə kommersiya obyektlərinin qiyməti təqribən 6 faiz düşəcək: "Bu, onunla əlaqədardır ki, 2013-2014-cü illər ərzində mənzil sektorunda qiymət artımı kommersiya obyektlərinə nisbətən daha çox olub. Məhz buna görə burada azalma tempi mənzil sektoruna nisbətən daha yavaşdır" (trend)

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR