top of page

Ermənistan ordusunun xüsusi təyinatlı dəstəsinin komandiri və bir neçə əsgəri məhv edilib


Ermənistan ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

SalamNews-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmağının əvvəlcədən aşkar edilməyi və görülən qabaqlayıcı tədbirlər nəticəsində qarşı tərəfin iki kəşfiyyat-təxribat qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla, bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

bottom of page