top of page

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

Şirkət məlumat yaydı.

2015-ci ilin yanvar ayının statistik rəqəmlərinə əsasən, SOCAR tərəfindən dövlət büdcəsinə 118 milyon 502 min manat ödənilib. Bu da 2014-cü ilin dekabr ayına (148 milyon 309 min manat) nisbətən 29 milyon 807 min manat azdır.

Bu barədə PressNews.Az-a SOCAR-dan məlumat verilib.

SOCAR-ın məlumatında qeyd olunur ki, bundan əlavə, 2015-ci ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat vəsait köçürüb. Bu isə ötən ilin dekabr göstəricilərindən 225 min manat çoxdur.

bottom of page