top of page

Ermənilər “Eurovision”da öz qondarma soyqırımlarından oxuyacaqlar

“Do not Deny it”.

Ermənistanı bu il Avstriyada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək qrupun adı bəlli olub.

PressNews.Az xəbər verir ki, Ermənistan yarımfinalda 1915-ci il olaylarından bəhs edən “Do not Deny it” ( İnkar etmə) adlı mahnısı ilə çıxış edəcək.

Eurovision.tv-dən verilən məlumata görə, ölkəni 5 qitədən dəvət olunmuş erməni sənətçilər və ölkə seçim turlarından qalib çıxan iştirakçı təmsil edəcək.

“Genealogy” adlanan qrup 6 may tarixində səhnəyə çıxacaq. “Erməni soyqrımı”nın 100 illiyinə həsr olunmuş layihəərdən birinin də “Eurovision”da “Genealogy” qrupunun çıxış edəcəyi ifa olduğu bildirilir.

Qrup üzvləri və oxuyacaqları mahnı 16 fevralda təqdim ediləcək.

bottom of page