top of page

Minskdə boyük uğur əldə edildi

Misk.jpg

Belarusun paytaxtı Minsk şəhərində Ukraynadakı hazırkı durumu müzakirə etmək üçün “Normand formatı”nda keçirilən görüşdə böyük uğur əldə edlib. Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin iştirak etdiyi görüşdə müzakirəyə çıxarılacaq sənədin 80 faizi razılaşdırılıb. 10 maddədən ibarət olan sənəddə əsasən Ukraynada sülhə nail olmaqdır.

Minskdə Ukrayna, Rusiya və Fransa prezidentləri Petr Poroşenko, Vladimir Putin, Fransua Olland və Almaniyanın federal kansleri Angela Merkelin iştirakı ilə 2 saat davam edən məhdud tərkibdə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra dövlət başçıları rəsmi foto çəkdiriblər, lakin mətbuata açıqlama verməyiblər. Belarus Prezidenti Aleksandr Lukaşenko da onlara qoşulub. İTAR-TASS-ın məlumatına görə, geniş tərkibdə görüşə xarici işlər nazirləri də qoşulublar. “RİA-Novosti”nin məlumatında qeyd olunur ki, dövlət başçıları və xarici işlər nazirlərinin danışıqlarında imzalana biləcək sənədin texniki tərəfləri müzakirə olunur. BELTA-nın yazdığına görə isə Belarusun xarici işlər naziri Vladimir Makey jurnalistlərə bildirib ki, “Normand dördlüyü” və təmas qrupunun apardığı danışıqların yekunu olaraq razılaşdırılmış sənəd qəbul edilə bilər. Rusiya Prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında dövlət başçılarının danışıqları yenidən məhdud tərkibdə davam etdirdiklərini deyib.

bottom of page