top of page

Obamanın "İŞİD"ə qarşı hərbi qüvvə çıxarmaq təklifi Konqresin etirazıyla qarşılaşıb


Barak.jpg

Amerika prezidenti Barak Obama "İŞİD" terror təşkilatına qarşı mübarizəni genişləndirmək üçün Konqresə müraciət ünvanlayıb.

Pressnews.az-ın "Reuters"-ə istinadən məlumatına görə, müraciət sənədində Obamanın "İŞİD"ə qarşı mübarizə planının detalları əks olunub və Konqresdən terrora qarşı mübarizədə quru qoşunlarından istifadə edilməsinə razılıq verməsi xahiş olunur.

Obamanın sənəddə əks olunan mübarizə planı respublikaçıların kəskin etirazı ilə qarşılaşıb. Belə ki, respublikaçı deputatlar prezidentin planını terrora qarşı mübarizə üçün olduqca zəif hesab ediblər. Konqresdə əksər yerləri tutan və əsas qüvvə hesab edilən respublikaçılar Barak Obamanın yürütdüyü anti-terror siyasətini olduqca passiv hesab ediblər. Onlar "İŞİD"ə qarşı daha sərt tədbirlərin görülməsini tələb ediblər.

İraq və Suriyada "İŞİD"ə qarşı quru qoşunlarından istifadəni nəzərdə tutan sənəd demokratlar partiyasının da etirazına səbəb olub. Demokratlar Yaxın Şərqdə ABŞ-ın növbəti müharibəyə sürüklənəcəyindən ehtiyatlanıblar.

Bildirək ki, Obamanın planında Yaxın Şərqdə "İŞİD"ə qarşı mübarizə aparmaq üçün məhdud sayda quru qoşunlarından istifadə edilməsi nəzərdə tutulur və bu proses növbəti üç il ərzində həyata keçiriləcək.

ABŞ prezidenti ona ünvanlanan iradlara cavab olaraq geniş hrəbi əməliyyatların çətin və məsuliyyətli bir proses olduğunu bildirib. "Lakin bizim koalisiyamız hücum mövqeyində işini davam etdirir. "İŞİD" isə müdafiə mövqeyindədir və məğlub olmağa doğru gedir." - Obama dünən Ağ Evdə televiziya çıxışında qeyd edib.

bottom of page