top of page

Uorlikdən Qarabağ tviti


58050.jpg

“Biz prezident İlham Әliyev vә digərləri ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözlәyirik. Bu hamıya fayda verə bilər". ANS PRESS-in məlumatına görə, regiona səfər ərəfəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində belə yazıb. ANS PRESS-in Trendə istinadla verdiyi məlumata görə, bu gün Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıya gəliblər. Onların Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşləri gözlənilir. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. Fevralın 17-də həmsədrlər İrəvana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.

bottom of page