ABŞ səmasında meteor yandı – VİDEO

Obyektin hərəkətini üç kamera izləyirdi.
ABŞ-ın Nyu-York, Ohayo, Pensilvaniya və bəzi başqa ştatlarında çəkisi 220 kiloqramdan çox olan meteoru izləyiblər.
PressNews.Az xəbər verir ki, Yerin atmosferində yanan meteorun videosu Facebook-dakı rəsmi NASA Meteor Watch səhifəsində yerləşdirilib.
Məlumata görə, səma cismi Yerin atmosferinə Pensilvaniyanın qərb hissəsindən daxil olub.
Obyektin hərəkətini üç kamera izləyib. O, Yer səthindən 100 kilometr hündürlükdə, təxminən saniyədə 20 kilometr sürətlə hərəkət edirmiş.
NASA həmin obyekt barədə 100-ə yaxın məlumat alıb. Alimlər meteoru 20 kilometr hündürlükdə, Pittsburq yaxınlığındakı Kittaninq üzərində itiriblər.