PRESS NEWS AZERBAIJAN

Politoloq: "Atəşkəs olması Ukraynanın da marağında idi"

20.02.2015

 

"Bu dəqiqə Putinin məqsədi Ukraynanın cənubi-şərqini işğal etməkdən ibarət olub və ona da nail oldu".

 

Bu sözləri politoloq Vəfa Quluzadə deyib.

 

Onun sözlərinə görə, Qərbin məqsədi Ukraynanı müstəqil dövlət kimi dəstəkləyib Avropaya inteqrasiya etməkdən ibarətdir.

 

 

 

"Rusiya ordusu sözsüz ki, Ukrayna ordusundan güclüdür. Ukrayna hələ dövlət kimi müstəqil formalaşmayıb ki, onun güclü ordusu da olsun. Bu dəqiqə Putinin məqsədi Ukraynanın cənubi-şərqini işğal etməkdən ibarət olub və ona da nail oldu. Qərbin də məqsədi Ukraynanı müstəqil dövlət kimi dəstəkləyib Avropaya inteqrasiya etməkdən ibarətdir.


Bu atəşkəs ona görə baş verib ki, hər kəs öz marağını qoruya bilib. Atəşkəsin olmağı, Ukraynanın marağında idi. Ona görə ki, Rusiya ilə müharibəyə hazır deyil. Rusiyada Ukraynanın cənub-şərqində "Qarabağ" variantı yaradıb. Burada Putinin də güzəşti var, çünki Rusiya ordusu bütün Ukraynanı fəth etmək iqtidarındadır. Amma bunu etmir. Çünki bilir ki, bu hadisə ya uzun çəkən müharibələrə, ya da Qərblə müharibəyə çevrilə bilər".

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın federallaşması məsələsini referenduma çıxarmağa hazır olduğunu bildirmişdi.

Please reload

ƏN ÇOX OXUNANLAR