top of page

ABŞ və Türkiyə yeni ordu yaradır


ABŞ və Türkiyə Suriyada yeni üsyançılar ordusu yaradırlar.

PressNews.Az "BBC News"a istinadən xəbər verir ki, Vaşinqton və Ankara Suriya müxalifətinin konstruktif hissəsindən ibarət yeni hərbi birliklər yaradacaqlar.

Məlumata görə, ABŞ və Türkiyə bu silahlı birlikləri İŞİD-lə mübarizə üçün nəzərdə tutublar.

Yeni ordunun hərbi təlimlərinin və digər hazırlıqlarının Türkiyə ərazisindəki hərbi bazalardan birində keçəcəyi bildirilir.

Təlimlər martda başlayacaq və ilin sonuna qədər İŞİD-lə mübarizə aparacaq yeni birliklər Suriya ərazisinə yeridiləcək.

bottom of page