Ucar rayonu N.Nərimanov küçəsi döngə 2 ev 6 sakini müəllimə Rəsulova Məkanət Əli qızı tərəfindən
M Ü R A C İ Ə T
Unibank saxtakarlıqla bizim ailənin pulu mənimsəmişdir. Belə ki, Unibankın əməkdaşları işlədiyim məktəbə gəlib bankı reklam etmək məqsədi ilə mənə platin kartı verdilər. Buna görə, 2012-ci il tarixdə 500 manat pul kredit götürdüm və vaxtlı-vaxtında ödənişlər etdiyim, aktiv müştəri olduğum üçün kartıma təkrar qoyulmuş 2000 manat kredit pulu 2013-cü il tarixdə götürdüm. Hər ay ardıcıl olaraq 100 manat pulu vaxtlı-vaxtında Unibanka ödəyirdim. İstifadəmdə olan mobil telefonuma Unibank tərəfindən hər ayın ikisində mesajlar gəlir və ödəməli olduğum pulun, qalmış borcumun məbləği qeyd edilirdi. 02.09.2014-cü il tarixli mesajda yazılıb ki, cəmi 1649 manat borcunuz qalıb, 03 fevral 2014-cü il tarixdə isə mesajda qeyd edilib ki, 1683 manat borcunuz qalıb. Elə bu rəqəmlər bizi-birdən ayıltdı ki, Unibank əslində bizi aldadıb və saxtakarlıq yolu ilə pulumuzu mənimsəyir. Sonradan hesabladıq ki, biz Unibanka olan bütün borclarımızı 2014-cü ilin Oktyabr ayında ödəyib qurtarmışıq. Sadəcə olaraq mən hər ay 100 manat ödəməklə səhv etmişəm. Çünki elə ay olub ki, mən 60 manat ödəməli olsam da 100 manat ödəmişəm. Bundan istifadə edən Unibank saxtakarlıq edib mənə heç bir xəbərdarlıq etmədən mənə əlavə pul ödətdirirmiş. Mən bu barədə Unibanka zəng edib bildirdikdə orda mənim özümü borclu çıxartdılar. Necə olur pulu artıqlaması ilə ödəyərkən borcumun Sentyabr ayında 1683 manat qaldığı göstərilir və 5 ay hər dəfə 100 manat ödədiyim halda 02.02.2015-ci il tarixdə Unibank tərəfindən telefonuma göndərilən mesajda borcumun 1683 manat qaldığı qeyd olunur. Bunun adı saxtakarlıq və soyğunçuluqdur. Mən uzun illərdir ki, müəllimə işləyirəm, həyat yoldaşım ağır xəstədir, 1-ci qrup əlildir. Həm onun müalicəsi, həm də bərbad vəziyyətdə olan evimizin təmiri üçün bu pulu Unibankdan götürmüşdük. Dəhşətlisi isə budur ki, açıq-aşkar saxtakarlıq edirlər, sonra da "qabaqdangəlmişlik" edib adamı borclu çıxarırlar. Bu haqsızlıqdır!
Mən bu qanunsuzluq barədə Azərbaycan Respublikasının prezidentinə, maliyyə nazirinə, iqdisadiyyat nazirinə və Mərkəzi Bankın sədrinə şikayət edəcəyəm. Mətbuat vasitəsi ilə isə vətəndaşlara müraciət edib xəbərdarlıq edirəm ki, fırıldaqçılıqla, saxtakarllıqla məşğul olan Unibankdan götürdüyünüz kredit pulunun ödənişində diqqətli olun ki, bizim kimi aldanmayasınız.
Əlaqə telefonum; 050 523-20-63