Belə gedərsə qocalığın da çarəsi tapılacaq. Uzun illər davam edən araşdırmanın nəticəsində İsveçrənin Bern Universitetinin tədqiqatçılar qrupu “ahuizotl” adı verdikləri kəşfləri sayəsində qocalmağa meylli olan genləri məhv edə biliblər. Alimlər qocalıq genlərini deaktiv etdikdən sonra gənclik genlərini qüvvətləndiriblər.
PressNewss.Az bildirir ki, milçəklər üzərində aparılıb. Milçəyə “ahuizotl” adlı genin toxumaları köçürülüb. Bundan sonra, “cavanlıq eliksiri” milçəyin zədələnmiş və xəstə hüceyrələrini bərpa edərək həşəratın yaşam müddətini 50-60 faiz artırıb. Alimlər milçəyin orqanizmində “cavanlıq” genini sınaqdan keçirdikdən sonra, həşəratın ömrü yarım dəfə çoxalıb.
Alimlər yaxın gələcəkdə bu metodun insanlar üzərində tətbiqini də istisna etmirlər. Məhs “ahuizotl” adlı genin insan toxumalarına yeridilməsi nəticəsində insan oğlunun ömrü 120 ilə qədər arta bilər.