top of page

“Berdmen” ilin ən yaxşı filmi oldu


Ən yaxşı animasiya filmi “Qəhrəmanlar şəhəri” seçildi.

Rejissor Alexandro Qonsales İnyarritunun “Berdmen” filmi Amerika kino akademiyasının əsas mükafatı – “Oskar”a layiq görülüb.

PressNews.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Hollivud ulduzunun qürubunun teatrla faciəsi barədə olan bu film ilin ən yaxşı işi seçilib. Bundan başqa, İnyarritu ən yaxşı rejissor işinə görə mükafata da layiq görülüb.

“Berdmen” filmi həmçinin ən yaxşı ssenari və ən yaxşı operator işinə görə (Emmanuel Lyubeski) mükafata layiq görülüb.

“Stiven Hokinqin kainatı” filmində baş rolu oynayan Eddi Redmeyn ilin ən yaxşı aktyoru seçilib.

“Ən yaxşı qadın rolu” nominasiyasında, “Hələ də Elis” filmində rol alan Culiana Mur qalib gəlib.

İkinci planda ən yaxşı aktrisa isə “Yeniyetməlik” filmində oynayan Patrisiya Arkett seçilib. İkinci plan ən yaxşı kişi roluna görə mükafatı “Mübtəlalıq” filmində rol alan Cey Key Simons alıb. Bu film həm də ən yaxşı səs rejissorluğu və ən yaxşı montaja görə də mükafat alıb.

Dörd nominasiyada – mükafatı “Ən yaxşı kostyumlar”, “Ən yaxşı qrim”, “Ən yaxşı quruluşçu-rəssam işi” və “Ən yaxşı musiqi” (bəstəkar Aleksandr Depla) “Qrand Budapeşt Oteli” filmi alıb.

Səs montajına görə mükafatı “Snayperçi” filmi, xüsusi effektlərə görə isə - elmi-fantastik “İnterstellar” filmi alıb. Adaptasiyalı ssenariyə görə “Oskar”ı “İmmitasiya oyunu” filmi alıb.

“Əcnəbi dildə ən yaxşı film” nominasiyasında mükafatı rusiyalı rejissor Andrey Zvyaqinsevin “Leviafan” filmini geridə qoyaraq, polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi alıb.

Ən yaxşı animasiya filmi “Qəhrəmanlar şəhəri” seçilib. ABŞ-ın xüsusi xidmətlərini ifşa edən Edvard Snouden haqqında “Vətəndaş dörd” filmi “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” alıb.

“Selma” kinolenti ən yaxşı mahnı üçün “Oskar” alıb, - Glory kompozisiyasını Kommon və Con Lecend ifa ediblər.

bottom of page