PRESS NEWS AZERBAIJAN

Millət vəkili: "Artıq rəsmi qurumlar müəyyən addımlar atmalıdır"

23.02.2015

 "Elə işbazlar var ki, yaranan şəraitdən istifadə edərək, oturduqları yerdə qazanmağa üstünlük verirlər.

 

Bu yol verilməzdir. Mənə belə gəlir ki, artıq rəsmi qurumlar bununla bağlı müəyyən addımlar atmalı və ciddi nəzarət həyata keçirilməlidir".

 

Bu sözləri PressNews.Az-a danışan millət vəkili Çingiz Qənizadə son günlər manatın məzənnəsində baş verən dəyişiklikdən süni şəkildə istifadə edən işbazlar barədə danışarkən deyib.

 

"Əgər ölkəyə gətirilən mallar valyuta ilə gətirilibsə, təbii ki, topdan satışla məşğul olan şəxslər öz anbarlarında malların buraxılmasında artıq müəyyən qiymət artımına üstünlük verəcəklər. Çünki ola bilsin mallar nisyə olaraq gətirilib. Çoxlu sayda biznesmenlər artıq xarici ölkələrlə alış verişlərinin bir hissəsini bu qaydada həyata keçirir. Ona görə də, onları məhsulları ucuz satmağa məcbur etmək olmaz.

 

Digər tərəfdən də elə işbazlar var ki, yaranan şəraitdən istifadə edərək, oturduqları yerdə qazanmağa üstünlük verirlər. Bu yol verilməzdir. Mənə belə gəlir ki, rəsmi qurumlar bununla bağlı müəyyən addımlar atmalı və ciddi nəzarət həyata keçirilməlidir".

 

-Süni qiymət artımı ilə qarşılaşan vətəndaşlar nə etməlidir?

 

- Əgər malın sahibi məhsulunu bu qiymətə satırsa, vətəndaşlar heç nə edə bilməz. Televiziyalarda bu barədə informasiyalar getməli, mütəxxəsislər hansı mallarda artımın olmasından danışmalı, vətəndaşları maarifləndirməli idilər. Ancaq biz buna rast gəlmədik. Bunun belə özbaşına buraxılması narahatçılıq yarada bilər.

 

Qeyd edək ki, manatın məzənnəsində baş verən dəyişiklikdən sonra bəzi məhsulların qiymətində süni artım edilməsi barədə faktlar qeydə alınıb.

Please reload

ƏN ÇOX OXUNANLAR