PRESS NEWS AZERBAIJAN

Nazirlikdən tərəvəz bahalaşmasına qeyri-adi - Reaksiya

23.02.2015

 

“Kənd təsərrüfatı məhsullarında heç bir qiymət artımı müşahidə edilmir. Əksinə, bəzi məhsullarda endirimlər edilib”.

 

Bu sözləri PressNews.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev son iki gündə bir çox məhsullarda olduğu kimi, kənd təsərrüfatı məhsullarında da müşahidə edilən qiymət artımı ilə əlaqədar danışarkən bildirib.   Nazirlik sözçüsü qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün bazarlarda və yarmarkalarda monitorinqlər keçirilib və heç bir qiymət artımına rast gəlinməyib:   “Bazarlarda monitorinqlər aparmışıq.

 

 

Kənd təsərrüfatı məhsullarında hər hansı bir bahalaşma yoxdur. Əksinə, bəzi məhsullarda endirimlər gözə çarpır, xüsusən də quşçuluq məhsullarında, yumurtanın, quş ətinin, kartofun qiymətində ucuzlaşma var. Yumurtanın qiymətində 50-60 faiz ucuzlaşma qeydə alınıb. 10-11 qəpiyə satılan yumurta artıq 5-6 qəpiyə, 1 manata olan kartof  80-90 qəpiyə satılıb. Yəni yerli istehsalda elə də qiymət artımı qeydə alınmayıb”.   M.Hacıyev qeyd edib ki, son monitorinq nazirliyin mütəxəssisləri ilə birgə həftənin 4-cü günü də daxil olmaqla, şənbə və bazar günləri keçirilib:   “Şənbə və bazar günləri də nazirliyin əməkdaşları bazarlarda və yarmarkalarda monitorinq aparıb. Ət məhsulunun qiyməti ucuzlaşıb, 8 manata olan ət 6 manata, 10 manata satılan qoyun əti 8 manatadır. Nazirlik olaraq biz qiymət təyin etmirik, qiymət siyasəti aparmırıq. Qiyməti bazar özü tənzimləyir. Biz süni qiymət artımının qarşısını almaq üçün monitorinqlər aparırıq. Hələliksə heç bir qiymət artımı müşahidə edilməyib”.   Xatırladaq ki, ötən gün bazarlarda tərəvəzin qiyməti qalxıb. Topdansatış mərkəzlərində Gədəbəy kartofu 65 qəpikdən 85 qəpiyə qalxıb, soğan isə 15 qəpik bahalaşaraq 60 qəpik olub.   Pərakəndə satışda isə kartof 1-1,2 manatdan satılır. - See more at: http://axar.az/news/44573#sthash.u9lgjLVv.dpuf

Please reload

ƏN ÇOX OXUNANLAR