“Un və çörəyin qiyməti əvvəlki kimi saxlanılıb”.
İqtisadiyyat və Sənaye Nazirliyi bildirir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.
Bu barədə PressNews.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.
Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.