PRESS NEWS AZERBAIJAN

Bakıda vətəndaşlar sərxoş kişini döydülər – FOTO

02.03.2015

 Hadisə “28 May”da baş verib.

 

Bu gün metronun “28 May” stansiyasının qarşısında insident baş verib.

 

PressNews.Az Lent.az-a istinadən xəbər verir ki, həddindən artıq spirtli içki qəbul etmiş 26-30 yaşlı şəxs ucadan nalayiq ifadələr səsləndirməyə başlayıb.

 

Vətəndaşlar ona söyüş söyməməyi məsləhət biliblər. Həmin şəxs isə yaxşı elədiyini, onun sözünə qarşı çıxa biləcək kimsənin olmadığını deyib.

 

Bu zaman dava düşüb və bir neçə nəfər sərxoş kişini döyməyə başlayıb.

 

Polisin müdaxiləsindən sonra ara sakitləşib. İçkili şəxs və onu vuran vətəndaş Nəsimi rayon Polis İdarəsinə aparılıb.

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR