top of page

Erməni-türk dostluğunun şərəfinə ucaldılan abidə sökülür - FOTO


ucube

Erməni-türk dostluğunun şərəfinə ucaldılan və Ərdoğanın tapşırığı ilə sökülən "İnsanlıq abidəsi"nin (Ucubə) müəllifi ölkə prezidentindən alacağı təzminatla bağlı açıqlama verib. PressNews.Az-ın "Hürriyət"ə istinadla verdiyi məlumata görə, heykəltaraş Mehmet Aksoy bu vəsaitlə Novruz bayramını qeyd edəcəyini deyib. “Dostlarımı 21 martda Novruz bayramına dəvət edəcəyəm və vəsaiti də buna xərcləyəcəm. Onlarla paylaşağacam bu pulu". Heykəltaraş ucaltdığı abidənin söküntüsü ilə bağlı məsələnin Avropa İnsan Haqları Məhkəməsində də davam etdiyini deyib. Onun sözlərinə görə, bu əslində sənət və sənətçinin özünü müdafiəsidir. "Mənim sənətimə qarşı haqsızlıq edilib. Biz Taliban və ya İŞİD kimi göstərilə bimərik". Xatırladaq ki, "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunu ehtiva edən abidənin tikintisinə 2006-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmamışdı. Bir neçə il öncə baş nazir olan Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu demişdi. O, məlum abidəni “eybəcər” (ucube) adlandırmışdı. Heykəlin hündürlüyü 35 metr, çəkisi isə 350 ton olub. Burada qarşı qarşıya dayanan iki şəxs təsvir edilib. Abidə qorunan ərazidə hazırlandığı üçün inşaası dayandırılmışdı. Ərdoğanın çıxışından sonra isə heykəl ümumiyyətlə dağıdılıb. Məhkəmə qərarı ilə Ərdoğanın heykəlin müəllifi Mehmet Aksoya 10 min lira (4160 manat) təzminat ödəməlidir.

ucube

ucube

bottom of page