PRESS NEWS AZERBAIJAN

Azisin Bakı konsertinə biletlər şəxsiyyət vəsiqəsi ilə satılacaq

06.03.2015

 

“Biletləri geri qaytarmaq olmaz”.

Bolqar müğənni Azisin Bakıdakı konsertinə biletlər şəxsiyyət vəsiqəsi ilə satılacaq.  

PressNews.Az Trend Life-ə istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Samir Xəttab bildirib.  

“Konsertin yüksək səviyyədə keçirilməsi üçün ciddi tədbirlər görülüb ki, insanlar rahat və sakit şəkildə istirahət edə bilsinlər. Bu arada biletlər geri qaytarılmır və dəyişdirilmir və heç kim öz adına olmayan biletlə konsertə gələ bilməyəcək”, - deyə, Samir Xəttab bildirib.

Please reload

ƏN ÇOX OXUNANLAR