Dünyanın ən təhlükəli cığırı yenidən açılır (VİDEO)

İlk baxışdan qısa yola oxşayan cığır əslində 1999-2000-ci illərdə 5 insanın ölümünə səbəb olub. Adı çəkilən cığır dünyanın ən təhlükəli keçidi hesab olunduğu üçün 2001-ci ildən bəri turistlərin üzünə bağlanıb. Lakinbu keçidi 14 ildən sonra yenidən ictimaiyyətin üzünə açılır.
Ensiz cığır İspaniyanın Malaqa əyalətində yerləşir. Təhlükəli yol 100 metr hündürlükdən dərənin üzərindən keçir.
Kral cığırı hələ 1905-ci ildə inşa edilib. Cığır Çorro və Qaytaneho şəlalələrinin arasında tikilib. 1901-1905-ci illərdə fəhlələr iki şəlalənin arasında hidroelektrik stansiyanı tikmək üçün “Kral cığırını” inşa ediblər. Hidroelektrik stansiya inşa edildikdən sonra İspaniya kralı XIII Alfonso mərasimdə iştirak edərək həmin keçiddə dayanıb. O vaxtdan etibarən, keçidin adı “Kral cığırı” kimi qalıb.
Keçid 2001-ci ildə ictimaiyyətin üzünə bağlansa da, hökumət tərəfindən təmir edildikdən sonra yenidən açılır. Keçidin rəsmi açılışı martın 28-də baş tutacaq. Cığırın təmirinə 3 milyon dollar xərclənib. Təmirdən çıxan keçiddən isə ilk olaraq İspaniya kralı Felipe keçəcək.