PRESS NEWS AZERBAIJAN

Çempionlar Liqası: "Real" məğlub oldu, "Porto"dan darmadağın

11.03.2015

 

Çempionlar Liqasında növbəti görüşlər keçirilib. Pressnews.az-ın verdiyi məlumata görə, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start verilib.

 

İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib. “Draqao” stadionunda baş tutan “Porto” – “Bazel” matçı daha çox maraq kəsb edirdi.

 

Həm cütün, həm də ev oyununun favoriti hesab edilən meydan sahibləri rəqibini top atəşinə tutub. Görüşdə 4:0 hesabı ilə qalib gələn “Porto” 1/4 finala vəsiqə qazanıb. (İlk oyun – 1:1)

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR