Argentinanın Santa Fe şəhərində baş verən hadisə bütün dünyanı şoka salıb. Axar.az xəbər verir ki, 2 yaşındakı oğlunu lentə alan ana arxa fonda bağçaya doğru qaçan balaca və pis qoxulu bir varlığın olduğunu görüb. Ailə üzvləri bundan öncə də körpələri Benjaminin öz-özünə danışdığına şahid olsa da, uşaqlarının yaşı az olduğu üçün bu vəziyyətə görə narahatlıq keçirməyiblər. Lakin ard-arda evdə baş verən hadisələr ailənin qeyri-adi varlığın görüntülərini internetdə yayımlamasına səbəb olub. Video qısa müddətdə 3 milyondan çox izlənilib.