PRESS NEWS AZERBAIJAN

51 ədəd mobil telefon oğurlayan şəxslər yaxalandı

24.03.2015

 

Azərbaycanda 51 ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıb. 

 

PressNews.Az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bərdə Raypn Polis Şöbəsi (RPŞ) və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-də Bəhruz Nərimanova məxsus mağazadan 51 ədəd mobil telefon oğurlayan Yevlax şəhər sakinləri Təbriz Eyvazov və Orxan Məmmədov tutulublar.

 

Faktla bağlı araşdırmalar aparılır.