PRESS NEWS AZERBAIJAN

Millimizin Fransa və İngiltərə ilə oyunlarının vaxtı açıqlandı

24.03.2015

 

"Avro-2015"in elit raundunda 7-ci qrupda mübarizə aparacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının oyunlarının vaxtı açıqlanıb.

PressNews.Az qol.az-a istinadən verdiyi məlumata görə, yığmamız ilk matçında meydan sahibləri Fransa ilə qarşılaşacaq.

Həmin görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupda Fransa, İngiltərə və Danimarka yığmaları ilə mübarizə aparacaq.

26 mart

22:30. Fransa - Azərbaycan

28 mart

21:30. İngiltərə - Azərbaycan

31 mart

22:00. Azərbaycan - Danimarka