PRESS NEWS AZERBAIJAN

Yaz havası gəlir

24.03.2015

 

Temperatur tədricən yüksələcək.

Bu gündən başlayaraq yaxın 2-3 gün ərzində paytaxt Bakıda hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində isə sabahdan başlayaraq yağıntılar kəsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PressNews.Az-a verilən məlumata görə, martın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 25-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Please reload

ƏN ÇOX OXUNANLAR