top of page

Sürücülərin diqqətinə


92089.png

Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.

PressNews.Az xəbər verir ki, “Azəryolservis” ASC-nin məlumatına görə, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.

Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

bottom of page