PRESS NEWS AZERBAIJAN

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm layihəsi

01.04.2015

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm layihəsinin icrasına Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Mərkəzinin tərəfdaşlığı ilə 2015-ci ilin mart ayında başlanıb. “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm layihəsi yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi şəklində uzun bir tarixi yol keçmiş milli maddi – memarlıq irsimizin təbliğinə və kütləviləşməsinə yönəlmişdir. Layihənin ideyası əsas etibarı ilə milli irsimizin ən böyük parçası olan tarixi – memarlığımızın gənclər arasında tanıtımı və memarlığı baxımından çox əhəmiyyətlidir. Bu layihə yaradıcı gənclərin öz bacarıqlarını milli irsimizi nümayiş etdirməklə sərgiləməsi və istedadlı gənclərin ictimaiyyət tərəfindən tanınması baxımından əlamatdar bir tədbirdir. Xüsusilə müxtəlif yaş qruplarına və ixtisaslaşmaya malik gənclərin bir arada yaradıcılıqla məşğul olması,  qədim keçmişə malik memarlığımızı təbliğ etməsi və kütləviləşməsi layihənin əsas ideyasını təşkil edir. Rəsm müsabiqəsinə 14-18 yaş aralığında olan yaradıcı gənclər qoşulmaq və qaliblərdən biri  olmaq fürsətinə sahibdirlər. Ən vacib şərt rəsmlərin Azərbaycanın tarixi-memarlıq irsini əks etdirməsidir. Daha ətraflı məlumat üçün historical.architectural@gmail.com e-mail ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Son olaraq yenidən nəzərinizə çatdıraq ki, layihənin əsas məqsədi gənclərarasında maddi – mədəni irsin təbliği, milli irsimizin və tarixi abidələrimizin kütləviləşməsi, elm və incəsənətin fövqündə Azərbaycanın tarixi memarlığının tərənnüm edilməsidir.

Əziz Gənclər! Əgər Sizlər rəssamlıq bacarığınızı sınamaq və nümayiş etdirmək istəyirsinizsə, aşağıdakı qaydalarla tanış olun:

  • Yaş həddi: 14-18 yaş

  • Rəsmlər Azərbaycanın tarixi-memarlıq irsini əks etdirməlidir (Bura vətənimizin tarixi abidələri və memarlıq inciləri daxildir).

  • Rəsmlər adi kağıza, vatmana və ya kətan üzərində A3+ ölçüdə sərbəst texnika ilə işlənə bilər.

  • Rəsmin arxasına adınızı, abidənin adını, əlaqə vasitələrinizi və təhsil müəssisənizi qeyd etməyi unutmayın.

Rəsmlər Xəzər Universitetinin Neftçilər korpusuna (Mərkəz 1) və ya Azərbaycan Dövlət İqtisad Universitetinin Əsas korpusuna (Mərkəz 2) 15 Apreldən etibarən 10:00-dan 17:00-a kimi şəxsən və ya valideyn tərəfindən təqdim olunmalıdır.

Göstərilən tələblərə cavab verən rəsmlər layihənin əməkdaşları tərəfindən qəbul olunaraq, I mərhələyə buraxılacaqdır. I mərhələnin nəticəsi olaraq 10 ən yaxşı rəsm seçilib II mərhələyə və layihənin təntənəli yekun tədbirinə buraxlış biletini qazanacaqdır.

Qaliblər müstəqil münsiflər tərəfindən dəyərləndiriləcəkdir. İlk üç yer mükafatlandırılacaq və diplomla təltif olunacaqdırlar.
Qeyd: müsabiqədə iştirak pulsuzdur.

TARİXİMİZİN AYNASI OL!

Əlavə məlumat üçün:
– E-mail: historical.architectural@gmail.com
– Əlaqə nömrəsi: 055 854 41 65

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload