PRESS NEWS AZERBAIJAN

Kreditini ödəyə bilməyən gənc maskalanıb cinayət törətdi – FOTOLAR

02.04.2015

 

Araşdırma aparılır.

Qusarda ərzaq mağazası qarət olunub. 

PressNews.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində yerləşən “Aydan” marketdə qeydə alınıb.

Bu gecə saat 04:20-də polisə qarət barədə məlumat daxil olub. Qusar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rəfail Tağıyevin verdiyi məlumata görə, bir nəfər maskalı şəxs mağazaya girib, pul, siqaret və içki məmulatlarını oğurlayıb çıxarkən yaxalanıb. Onu Quba Regional Mühafizə şöbəsinin Qusar mühafizə bölməsinin əməkdaşları tutub.

Saxlanılan şəxsin Rəsulbəyov küçəsi 13 ünvanda yaşayan 23 yaşlı Rəşid Səlimxan oğlu Rəhimxanov olduğu məlum olub.

O, polisə verdiyi ifadədə əməlini etiraf edib. Hadisəni içkili olarkən törətdiyini bildirib. Qeyd edib ki, mağazanın qapısını mismar çıxaran linglə açıb.

Saxlanılan şəxs bildirib ki, banklardan birinə kredit borcu olub. Ödəyə bilmədiyi üçün bu addımı atıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.