Metyu Brayza Ermənistanın Rusiyadan asılılığının onu çox çətin vəziyyətə saldığını deyib. PressNews.Az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, erməni mətbuatına müsahibə verən keçmiş səfir Rusiyanı bu cəhətdən çox məharətli bir dövlət adlandırıb. "Yaxşı olardı ki, Ermənistan bu yolu getməzdi. Nəticədə isə Rusiyadan tam asılı hala düşdü. Rusiya bu məsələdə çox məharətli çıxdı", - deyə Brayza bildirib. "İrəvana hər səfərim zamanı mən çox çalışırdım ki, Ermənistandakı kolleqalarımı enerji və digər sahələrdə Rusiyadan bu qədər asılı hala düşməmək üçün razı salım. Amma bu, mümkün olmadı", - deyən keçmiş səfir artıq gec olduğunu və Ermənistanın çox çətin bir vəziyyətə düşdüyünü qeyd edib.