Rusiya pilotları Ermənistan səmasında

100-dən çox hərbçi.
Rusiya aviasiyasının pilotları MiQ-29 qırıcılarında Ermənistanda təlimlər keçirlər.
PressNews.Az RİA Novosti-yə istinadla xəbər verir ki, təlimlərdə 100-dən çox hərbçi və 30 ədəd xüsusi və aviasiya texnikası iştirak edir.
Pilotlar qoşunların havadan qorunması texnikası, bombardımançıların və şərti düşmənin raketlərinin zərərsizləşdirilməsi texnikasını sınaqdan keçirəcəklər.