top of page

Zorlanan qızın atası: Oğlanları buraxmayın


48525.jpg

“Qızım intihar eləmək istədi”.

Azərbaycanın Tovuz rayonunda dəhşətli hadisə baş verib.

Rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız 4 nəfər həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.

PressNews.Az xəbər verir ki, zorlanan qızın atası Kamal Nəsibov bu haqda fikirlərini AzNews.az-la bölüşüb.

O, qızının üzərində zorakılıq hadisəsi olduğunu təsdiqləyib:

“Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıb. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca “Ford” maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq edib. Sonra ordan götürüb qəbiristanlığa aparıblar. Orada deyiblər ki, “Sən bunu bir adama desən, öldürəcəyik”. Məsələ ilə bağlı cinayət işi başlanılıb”.

K.Nəsibov bildirib ki, qızının zorlanmasında iştirak edən cinayətkarlardan biri Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib ki, onun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilsin:

“100-dən çox adam buna etiraz edirik. Bu saat kənd ayağa qalxıb. Əgər məhkəmə Niyazov Elməddin barəsində olan həbs-qətimkan tədbirini dəyişib buraxsa, kənddə tayfa-nəsil davası düşəcək. Ölüm olacaq. Onlardan 3-ü həbs olunub, biri isə azadlıqdadır”.

K.Nəsibov qızının hələ də şokda olduğunu qeyd edib:

“Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar? Bu cinayətkarların 4-ü də həbs olunmalıdır. Hazırda cinayətkarlardan birinin valideynləri onu zaminə buraxmaq istəyirlər. İmkanlı adamlardır, yol tapıb çıxmaq istəyirlər. Kənd əhli isə buna razı deyil. Deyilənə görə, bunların ilk işi deyil. Onlardan biri qızıma deyib ki, “Sən birinci deyilsən. Sənin kimi neçəsini yola vermişəm”. Mən buradan ölkənin rəhbər şəxslərinə müraciət edirəm. Bu boyda haqsızlığa göz yummayın. İnanın ki, onları buraxsalar, kənddə ölüm olacaq”.

bottom of page