Dəməşqin cənubunda fələstinli qaçqınların yaşadığı Muxayyam-Yarmuk rayonu "İŞİD"in nəzarətinə keçməsindən sonra bölgədə yaşayan əhali hökumət qüvvələrinin nəzarətində olan bölgələrə axışıb.
Pressnews.az-ın "SANA"–ya istinadla verdiyi xəbərə görə, Muxayyam-Yarmukda yaşayan əhalidən 2 min nəfər təxliyə edilərək, hökumət qüvvələrinin nəzarətində olan ət-Tədamun və əz-Zahirə qəsəbələrində yerləşdiriliblər.
Qeyd edək ki, "İŞİD" terror təşkilatı "ən-Nusra cəbhəsi" silahlılarının işbirliyi ilə Yarmuka daxil ola biliblər.
Məlumata görə, "İŞİD" son 3 gündə Yarmukda fələstinli və suriyalı qruplaşmaların 50-dən çox üzvünü öldürüb və ya edam edib.