top of page

Nüvə razılaşmasından sonra da İran Qərbə mesaj verdi


Lozannada “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurazının 5 daimi üzvü + Almaniya) İran arasında rəsmi Tehranın nüvə proqramına dair razılaşma əldə edildikdən sonra xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərbə yeni mesaj göndərib.

Pressnews.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərbi razılaşmaya əməl etməyə çağırıb. Nazir bildirib ki, Qərb dairələri Lozannada əldə edilən razılaşmanın şərtlərini yerinə yetirməkdən boyun qaçırsa, İran nüvə proqramlarına davam edəcək.

XİN başçısı onu da əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalar tamamilə ləğv ediləcək.

Qeyd edək ki, İranın nüvə proqramına dair əldə edilən razılaşmada Tehran öz nüvə proqramını məhdudlaşdırması nəzərdə tutulur. Bununla yanaşı, Avropa Birliyi və ABŞ İrana qarşı olan sanksiyaları aradan qaldıracaq.

bottom of page