PRESS NEWS AZERBAIJAN

Bakıda MTN-nin polkovniki özünü binadan atdı

08.04.2015

 

Prokurorluq məlumat yaydı.

 

Bakıda intihar hadisəsi baş verib.

 

PressNews.Az oxu.az saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, paytaxtın Nərimanov rayonu ərazisində çoxmərtəbəli binanın damından yıxılaraq ölən şəxs MTN-in polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir.

 

Bildirilir ki, hal-hazırda araşdırma aparılır və xüsusi xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.

 

Prokurorluqdan o da bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.

Please reload

ƏN ÇOX OXUNANLAR