PRESS NEWS AZERBAIJAN

Odessada azərbaycanlının kafelərini yandırdılar – FOTO + VİDEO

08.04.2015

 

Yanğının səbəbləri araşdırılır.

 

Aprelin 8-də gecə atışmanın baş verdiyi Odessada (Ukrayna) iki restoran yanıb – Akademik Qluşko küçəsində “Sultan” restoranı və 7-ci Bolşoy Fontan küçəsində “Abşeron” restoranı.

 

PressNews.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, “Sultan”dakı yanğın barədə məlumatı saat 04:15-də daxil olub, yanğınsöndürənlər 10 dəqiqədən sonra gəliblər. Bu vaxt artıq restoranın binasının hər yerini alov bürüyübmüş.

 

Yanğın saat 05:34-də söndürülüb, hadisə yerində 6 yanğınsöndürmə-xilasetmə texnikası işləyib. Həlak olan və xəsarət alanlar yoxdur.

 

“Abşeron”dakı yanğına gəldikdə isə - zərərçəkənlər barədə məlumat olmasa da, bəzi xəbərlərə görə, hər iki restoranın sahibi eyni – yəni, Azərbaycan vətəndaşıdır.