top of page

İraq ordusundan böyük əməliyyat


01.jpg

İraq ordusu İŞİD terror qruplaşmasına qarşı yeni əməliyyata başlayıb. ANS PRESS-in məlumatına görə, Tikriе şəhərini azad edən İraq ordusunun yeni hədəfi terrorçuların nəzarət etdiyi Ənbar əyalətidir. İraq hökümətindən verilən açıqlamada deyilir ki, ordu Ənbar əyalətinin şərqində Əs-Səcariyə və Əl-Buqanim rayonlarını azad etmək üçün hücuma keçib. İraq hökuməti əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saatı rejimi tətbiq edib. Bu rejim beynəlxalq koalisiya qüvvələrinin İŞİD mövqelərinə hava zərbələrinin endirildiyi vaxtla üst-üstə düşür. Qeyd edək ki, Ənbar əyalətindəki əməliyyat İraq ordusunun indiyə qədər ölkə ərazisinin üçdə birini nəzarəti altında saxlayan İŞİD qruplaşmasına qarşı yeni kampaniyasıdır. İlk geniş miqyaslı hərbi əməliyyat isə Səlah-əd-Din əyalətinin paytaxtı Tikrit şəhərində aparılıb. Beynəlxalq koalisiyanın aviasiyasının dəstəklədiyi İraq ordusu Tikriti yalnız bir ay davam edən ağır döyüşlərdən sonra geri ala bilib.

bottom of page