Prezident tapşırıq verdi.
Azərbaycan prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib. PressNews.Az xəbər verir ki, bu barədə dövlət başçısı aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident qeyd edib ki, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verib.