PRESS NEWS AZERBAIJAN

Böyük savaş başladı (VİDEO)

13.04.2015

 

 

Pravaslavların Müqəddəs bayramı sayılan Pasxa günü Ukraynada yenidən atəşkəs pozulub. 

ANS TV-nin məlumatına görə, ATƏT isə Donbas regionunda Pasxa bayramında döyüşlərin bərpa olunması ilə bağlı narahatlıq ifadə edib. 3 günlük tam asayişdən sonra Şirokino şəhərində hərbi əməliyyatlar bərpa olunub. Ölənlər arasında yerli jurnalist də var.

Buna qədər ATƏT-in vasitəçiliyi ilə əldə olunmuş asayiş sayəsində aprelin 9- və 10-da beynəlxalq müşahidəçilər şəhərə daxil olaraq, yerli sakinlərə humanitar yardım çatdırmışdı. Münaqişə tərəfləri atəşkəsi qorumağa söz versələr də, çox keçmədən silah səsləri bərpa olub. 

Qondarma Donetsk Xalq Respublikasının yaydığı xəbərə görə, Donetsk yaxınlığında baş verən atışmada bir jurnalist həlak olub, 6 döyüşçü yaralanıb.

İddia edilir ki, gecə saatlarında Ukrayna qoşunları Minsk sazişində razılaşdırılmış təmas xəttini keçərək, döyüşçülərin mövqeyini ələ keçirməyə çalışıb. Avtomobilin atəşə tuş gəlməsi nəticəsində həlak olan jurnalistin yerli müxbir olduğu bildirilir.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload