Robert Sekuta Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmirdə olub. PressNews.Az-ın məlumatına görə, səfir Sekuta bu gün Kürdəmirdə yerləşən bazaya baş çəkib. O, burada Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb. Bazanın komandiri ilə birlikdə səfir uçuş simulətorunda öz pilot bacarığını yoxlayıb və pilot kabinindən SU-25 təyyarəsi barədə məlumat alıb.
Xatırladaq ki, Robert Sekutanın namizdəliyi keçən ildən irəli sürülsə də, o, Azərbaycana bu il fevralın 12-də gəlib. Buna qədər Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb. Onun xaricdə son təyinatları 2003-2009-cu illər arasında Tokioda və Berlində olub.