"Erməni soyqırımı" ilə bağlı mübahisələrin daha da qızışdığı bir vaxtda ABŞ-dan açıqlama gözlənilirdi.
Dövlət Departamentinin sözçüsü Mariya Harf mətbuat konfransında “erməni soyqırımı” ilə bağlı suala belə cavab verib: “Obama və ABŞ rəsmiləri Osmanlı imperiyasının sonlarında 1.5 milyon erməninin qətlə yetirilməsinin tarixi fakt olduğunu dəfələrlə bildiriblər”.
Harf bildirib ki, bu hadisələrlə bağlı gerçəklərin qəbul olunması Türkiyə, ABŞ və Ermənistanın xeyirinədir.