PRESS NEWS AZERBAIJAN

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri – FOTO

16.04.2015

 

AW-139 saatda 311 km sürət yığır.

 

Bakı 2015 I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub.

 

PressNews.Az xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.

 

Dünənki məlumata əsasən, fövqəladə hallarda istifadə ediləcək helikopterlər artıq hazır vəziyyətdədirlər.

 

AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.

AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır. 

 

  

AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Helikopter havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.

 

Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündür.

 

 

AW-139 son tələblərə uyğun hazırlanıb.