PRESS NEWS AZERBAIJAN

Bakıda ofis yaran dəstə tutuldu

16.04.2015

 

DİN məlumat yaydı.

 

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov tutulub. 

 

PressNews.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilmişdir.

 

Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov və T.Qasımov da tutulublar.

Please reload

ƏN ÇOX OXUNANLAR