PRESS NEWS AZERBAIJAN

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşdı

16.04.2015

 

DSK məlumat yaydı.

 

2015-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin təsərrüfat subyektləri tərəfindən 5,8 milyard manatlıq məhsul istehsal olunaraq 3,9 %-lik artım qeydə alınıb.

 

Bu barədə Dövlət Statistika Komitəsindən ( DSK) məlumat verilib.

 

Komitənin məlumatına görə, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 9 % , neft-qaz sektorunda isə 3,4 % üstələyib. Sənaye məhsulunun 58,7 %-i istehsal olunmuş mədənçıxarma bölməsində 10,5 milyon ton neft, 5,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,9 %-ni təşkil edib, qida, içki, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

 

“İstehsal edilmiş sənaye məhsulunun 9,4 %-I elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

 

Ümumi sənaye istehsalının 87,1 %-i malların (əmtəələrin), 12,9 %-i isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 73,1 %-i özəl bölmədə istehsal olunub”-deyə, komitənin məlumatında deyilir. (oxu.az)

Please reload

ƏN ÇOX OXUNANLAR