top of page

Avropa Oyunları zamanı istifadə olunacaq təcili yardım helikopterləri – FOTO


helicopter-2.jpg

AW-139 saatda 311 km sürət yığır.

Bakı 2015 I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub.

PressNews.Az xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.

Dünənki məlumata əsasən, fövqəladə hallarda istifadə ediləcək helikopterlər artıq hazır vəziyyətdədirlər.

AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.

AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır.

helicopter-1.jpg

AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Helikopter havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.

helicopter-2.jpg

Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündür.

helicopter-3.jpg

AW-139 son tələblərə uyğun hazırlanıb.

helicopter-5.jpg

helicopter-4.jpg

Qeyd edək ki, I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.

bottom of page