PRESS NEWS AZERBAIJAN

Bakı avtobusları 20 saatlıq iş rejiminə keçəcəklər

17.04.2015

 

Xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

 

Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyi dövrdə paytaxtın ictimai nəqliyyatlı 20 saatlıq iş rejiminə keçəcək.

 

PressNews.Az Trend-də istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.  

 

Onun sözlərinə görə, tamaşaçıları idman obyektlərinə daşımaq üçün xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

 

“İdman obyektlərinin yerləşdiyi ərazilərdə avtomobillərin dayanması məhdudlaşdırılacaq. Yarışa gəlmək üçün bileti olacaq avtomobil sahibləri maşınlarını xüsusi dayanacaqlarda saxlayacaq, sonra isə ekspresslərlə yarışların keçirildiyi ərazilərə gedəcəklər”, - deyə, Həsənov bildirib.

 

O qeyd edib ki, həmin dövrdə həmçinin lisenziyasız taksilərin fəaliyyəti də qadağan ediləcək.

 

“Bundan başqa, xəttə 300 yeni sərnişin avtobusu buraxılacaq”, - deyə, mətbuat xidmətinin rəhbəri bildirib.

 

Avropa Oyunları 12 – 28 iyun tarixlərində Bakıda keçiriləcək və qitənin tarixində bir ilk olacaq.

Please reload

ƏN ÇOX OXUNANLAR