Göyərtəsində 122 sərnişin olan İndoneziyanın "Batik" hava yolları şirkətinə aid təyyarə bomba tapılması barədə xəbər yayıldıqdan sonra təcili eniş etməli olub.
pressnews.az-ın "Reuters"-ə istinadən məlumatına görə, təyyarə Cənubi Sulavesi əyalətinin Makassar şəhərinin hava limanına enib. Bu barədə hökumət rəsmilərindən biri məlumat yayıb. Təcili axtarış aparılan təyyarədə heç bir partlayıcıya raast gəlinməyib.
Ölkənin Nəqliyyat nazirinin bildirdiyinə görə, təyyarə Ambon şəhərindən paytaxt Cakartaya doğru uçurmuş. "Bu barədə (təyyarədə bobma olması) fikir necə formalaşması hələ ki, məlum deyil. Mən hələ də yeni məlumat üçün gözləyirəm. Hazırda polis bu işi araşdırır."
Təyyarənin yoxlandığı "Ankasara Pura I" hava limanında digər təyyarələrin uçuşunda problem yaşanmayıb.